Plandemik videosu YouTube, Vimeo və Facebook-dan silindi

Üç gün əvvəl internetə yüklənən koronavirus haqqında saxta məlumatlardan ibarət Plandemik adlı 26 dəqiqəlik video YouTube, Vimeo və Facebook-dan silindi.

YouTube tərəfi, videoda virusunun yayılması ilə əlaqədar sübut edilməmiş diaqnoz və tövsiyələrin olduğu səbəbi ilə, Vimeo tərəfi isə, videonun zərərli və sağlamlıq haqqında səhv məlumatlardan ibarət olduğu səbəbi ilə silindiyini açıqladı. Facebook tərəfidə öz növbəsində, videoda maska ​​taxmağın xəstəliyə səbəb ola biləcəyi deyildiyi və bununda insanlara zərər verə biləcəyini düşündüklərri üçün videonun silindiyini açıqladı.

Plandemik adlı video silinənə qədər 1.8 milyon baxış, 150 min paylaşım və 17 mindən çox şərh almışdır.

Xatırladaq ki, sözügedən videodakı iddialara görə karonavirusun yayılması milyarderlər tərəfindən vaksinlər satmaq üçün dəstəklənir.




Tarix: 2020-05-12 19:45:00 Oxunub: 3379 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR