Qərbi Kaspi Universitetində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Qərbi Kaspi Universitetində Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov də iştirak edib. Əvvəlcə qonaqlar universitetin Dizayn ixtisasının tələbələrinin Zəfər Gününə həsr olunmuş sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov 44 günlük müharibə ilə Azərbaycanın tarixi ədaləti bərpa etdiyini qeyd edib. 
Milli Məclisin deputatı Vüqar İskəndərov da şanlı zəfərimizlə sona çatan 44 günlük müharibə ilə Azərbaycanın BMT qətnamələrini yerinə yetirdiyini, bununla da dövlətimizin beynəlxalq səviyyədə presedent yaratdığını diqqətə çatdırıb. Daha sonra universitetin müharibədə iştirak etmiş qaziləri öz döyüş təəssüratlarını bölüşüblər.  Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii kompazisiya ilə davam edib.




Tarix: 2021-11-05 13:02:13 Oxunub: 1581 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR