“Vətən müharibəsi: "Nəsillərarası dialoq və milli güc” adlı tədbir keçirilib

YAP Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə “Hilton” otelində Zəfər Gününün ildönümü münasibətilə “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” mövzusunda tədbir keçirilib.

Newspress.az xəbər verir ki, Əvvəlcə YAP Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin sifarişi ilə “Missiya tv”nin hazırladığı “Zəfərə aparan yol” filmi nümayiş etdirilib.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov ölkəmizdə şəhid ailələrinə və qazilərə olan dövlət qayğısından, rayon təşkilatının bu sahədə həyata keçirdiyi işlərdən danışıb.

Milli Məclis sədrinin müavini Adil Əliyev, Türk Ağsaqqalları Birliyi Təşkilat Komitəsinin sədri Südeyf İmamverdiyev, YAP İdarə Heyətinin üzvü, partiyanın Milli Məclis üzrə əlaqələndiricisi Hikmət Babaoğlu, qazilər adından kapitan Asim Quliyev çıxış ediblər.

Daha sonra aparılan müzakirələrdə çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mustafa Kamal Bəyazbayrak, Milli Məclisin deputatları Vüqar İskəndərov, Ramil Həsən, Rasim Musabəyov, Ceyhun Məmmədov, Səbinə Xasayeva, Cavid Osmanov, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyasının rektoru, Əməkdar jurnalist Telli Pənahqızı, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov və başqaları çıxış ediblər.

Tədbirin sonunda Zəfər Gününü Azərbaycan xalqına yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlıq edilib, qazilər mükafatlandırılıb.




Tarix: 2021-11-04 12:19:31 Oxunub: 1444 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR