Prezident :“Qlobal səviyyədə Azərbaycan çox fəal addımlar atdı"

“Qlobal səviyyədə Azərbaycan, həmçinin, çox fəal addımlar atdı”.

Newspress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, hazırda Türk Şurasında sədr kimi və Qoşulmama Hərəkatının sədri kimi də addımlar atır: “Ötən il biz iki Zirvə görüşünü hər iki təsisatda aprel və may aylarında keçirdik və orada koronavirusla bağlı məsələlər müzakirə edildi. Qoşulmama Hərəkatının Sammitində biz bir təşəbbüslə çıxış etdik. BMT-nin Baş Assambleyasının xüsusi sessiyası keçirilsin və bizim təşəbbüsümüz beynəlxalq ictimaiyyətin tam çoxluğu tərəfindən dəstəkləndi və ötən il ərzində biz bu sessiyanı həyata keçirdik. Eyni zamanda biz digər bir təşəbbüslə çıxış etdik. Bu da BMT-nin İnsan Hüquqları Şurasına aid olan bir tədbir idi ki, peyvəndlərə bərabər, universal çıxış təmin edilsin və onlar bərabər şəkildə paylanılsın. Biz o ölkələrdən biriyik ki, açıq şəkildə peyvənd millətçiliyi haqqında danışdıq və bildirdik ki, peyvəndlər bərabər şəkildə paylanmalıdır. Çünki qeyd edildi ki, bəzi ölkələr artıq üçüncü doza peyvəndi tətbiq etmək üzrədir, amma bəzi ölkələr hələ ki əhalisini çox aşağı səviyyədə peyvəndləyə bilib. Biz hesab edirik ki, bərabər imkanların açılması çox vacibdir. Eyni zamanda öz təşəbbüsümüzə arxalanaraq bildirdik ki, COVID-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazası yaradılmalıdır ki, o, ÜST tərəfindən istifadə edilsin. Biz, həmçinin, bunu Qoşulmama Hərəkatı daxilində də etdik ki, belə olan halda proqnozlaşdırma işi daha asan olur. Qoşulmama Hərəkatının sədri kimi biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı çatdırdıq. Bir sıra ölkələrə ödənişsiz bir sıra peyvənd dozalarını çatdırdıq. Həmçinin ÜST-ə donor kimi maliyyə yardımı ayırdıq. 10 milyon ABŞ dolları həcmində bu yardım təşkilata çatdırıldı. Qlobal səviyyədə apardığımız işlər bu kimi idi. Təbii ki, bu, həmçinin, dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşması də bu məsələnin həllinə öz töhfəsini verə bilərdi”.

 




Tarix: 2021-11-04 11:10:47 Oxunub: 1872 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR