Oktyabr ayında Azərbaycan neftinin qiyməti 7% artıb

Bu ilin oktyabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85,5 ABŞ dollarına bərabər olub ki, bu da sentyabr ayının orta qiyməti ilə müqayisədə 9,62 dollar və ya 12,7% çoxdur.

Newspress.az xəbər verir ki, oktyabr ayında ən yüksək göstərici (oktyabrın 25-şi) – 88,19 dollar təşkil edib, ən minimal göstərici isə (oktyabrın 1-i) 80,48 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 7,1% və ya 5,69 dollar artıb.




Tarix: 2021-11-03 17:31:46 Oxunub: 1412 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR