Makronu vuran gənc ruhi xəstəxanaya yerləşdirilib

Lion şəhərində keçirilən bir sərgidə iştirak edən Fransa Prezidentinə yumurta atan şəxs xəstəxanaya aparılıb.

Newspress.az xəbər verir ki, adı açıqlanmayan 19 yaşlı gəncə “dövlətin rəsmi şəxsinə hücum” ittihamı irəli sürüldüyü və tibbi müayinədən keçdikdən sonra ruhi xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hadisə ilə əlaqədar araşdırma aparan prokurorlar müayinədən keçən gəncin “xəstəxanaya yerləşdirilmə ehtiyacı” aşkar edildikdən sonra psixiatrik müalicəyə göndərildiyini açıqlayıblar.

İyun ayında Drom bölgəsinə səfəri zamanı bir şəxs Makrona şillə vurmuş, hadisədən sonra iki nəfər saxlanılmışdı.




Tarix: 2021-09-29 10:51:13 Oxunub: 2608 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR