Taliban ABŞ-ı hədələdi - Əks halda bunun fəsadı ola bilər

Taliban ABŞ-ı pilotsuz uçan aparatların bu gün Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.

Newspress.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tvitter səhifəsində dərc edilib.

Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə "Əfqanıstan İslam Əmirliyi"nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:

"Belə halların qarşısı alınmalıdır. Biz ABŞ-ı Taliban və Vaşinqton arasında imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun fəsadı ola bilər".




Tarix: 2021-09-29 10:45:18 Oxunub: 2599 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR