Millət vəkili: " 5-ci nəsil müharibəsinin necə aparıldığını nümayiş etdirdik"

Hərbi təlimlərin məqsədi: yeni ordu modelinin formalaşması... - Şərh

Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı, taktiki təlimlərə start verilib. Artıq Azərbaycan və Türkiyə qoşun birləşmələrinin mütəmadi təlimlərinə şahidlik etməkdəyik. Kifayət qədər effektiv olan bu təlimlərdə hərbçilərimizin taktiki-texniki döyüş atışlı və digər silahlardan istifadə qaydalarının da təkmilləşdirilməsi müşahidə olunur.

Newspress.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Ali Baş Komandanın vurğuladığı kimi Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusunun kiçik modelinin yaradılmasına başlanılıb: “Ölkəmizdə və qardaş Türkiyədə dağlıq və çətin keçilən ərazilərdə, sularda, müxtəlif relyef şəraitində yüksək səviyyədə icra edilən hərbi təlimlər qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrasına hesablanıb”.

Millət vəkili söyləyib ki, artıq başa çatan Azərbaycan-Türkiyə və Pakistan qardaşlığını təcəssüm etdirən hərbi təlimlər də bu prosesin tərkib hissəsi idi:

“Bu təlimlərdə də xüsusi təyinatlı birləşmələrin yüksək peşəkarlığının şahidi olduq. 44 günlük Vətən müharibəsində Azərbaycan bütün dünyaya 5-ci nəsil müharibəsinin necə aparıldığını nümayiş etdirdi. Naxçıvanda keçirilən hərbi təlimlər də nəzərdə tutulmuş proqrama əsasən icra edilir. Bu cür hərbi təlimlər və yeni yanaşmalar ordunun bütün səviyyədə yüksək keyfiyyətli silahlarla müdafiə, qurğuları ilə zənginləşdirildiyi bir mərhələdə davam edir




Tarix: 2021-09-22 15:02:59 Oxunub: 121 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR