An-26 təyyarəsi Rusiyanın Xabarovsk diyarında radarlardan itib

Göyərtəsində 6 nəfər olan An-26 təyyarəsi Rusiyanın Xabarovsk diyarında radarlardan itib.

Newspress.az xəbər verir ki, bu barədə TASS-a xilasetmə xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə rabitə vasitələrinin yoxlanması məqsədilə texniki uçuş yerinə yetirirmiş.

Mərkəzi Xabarovsk aerodromunun 38 km cənub-qərbində təyyarə ilə əlaqə kəsilib.

Digər məlumata görə, təyyarə Xextsirsk qoruğu rayonunda yoxa çıxıb.




Tarix: 2021-09-22 14:24:21 Oxunub: 1896 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR