Azərbaycan və Türkiyə sualtı hücum qruplarının təlim-məşqlər başa çatıb

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.

Newspress.az xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib.

Təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edən kontr-admiral S.Bəkirov onlara gələcək xidmətlərində daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Qeyd edək ki, iki qardaş ölkə ordularının nümayəndələrinin iştirakı ilə keçirilən birgə təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı bölmələrin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı tapşırıqların icrası zamanı uzlaşmanın təmin edilməsi, eləcə də peşəkarlığın və bölmələrin idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.




Tarix: 2021-09-13 10:33:24 Oxunub: 2653 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR