Nazir: "Prezidentin mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”

“Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.

Newspress.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.

Bu vəzifəyə yeni təyin olunan Fərid Qayıbov feysbuk səhifəsi vasitəsilə idmanda uğur qazanacaqlarına inandığını bildirib: “Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.




Tarix: 2021-09-13 10:29:28 Oxunub: 2653 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR