Mehriban Əliyeva medal qazanan idmançılarımızı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib.

Newspress.az xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib“Bu günədək olan nəticələrə əsasən, Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - deyə Mehriban Əliyeva qeyd edib




Tarix: 2021-08-31 17:29:16 Oxunub: 5165 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR