Sosial Xidmətlər Agentliyində deputatlarla görüş keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilib. 
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, millət vəkilləri Hicran Hüseynova, Musa Quliyev, Vüqar İskəndərov, Arzu Nağıyev, Sevil Mikayılova, Hikmət Məmmədov, Elşad Mirbəşir oğlu, Müşfiq Məmmədli, Tamam Cəfərova və Bəhruz Məhərrəmov iştirak edib. V.Behbudov Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Postmüharibə dövründə şəhid ailələri və qazilər, onların yaxınlarına göstərilən sosial dəstək tədbirləri çərçivəsində Agentliyin gördüyü işləri diqqətə çatdırıb. Bildirib ki, Agentliyin psixoloq və psixiatr qrupları tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib. “Onlayn psixoloji dəstək xidməti”nə 1600-a yaxın zəng daxil olub. Agentliyin bütün ölkəni əhatə edən 29 filialı və 13 müəssisəsi ilə səyyar və stasionar xidmətlər göstərilir və bu xidmətlər minlərlə şəxsi əhatə edir. 
Görüşdə Milli Məclisin üzvlərini maraqlandıran suallar cavablandırılıb, müxtəlif təkliflər ətrafında müzakirələr aparılıb. Çıxış edən deputat Vüqar İskəndərov sosial xidmət sahəsi ilə bağlı fikirlərini ifadə edib. Millət vəkilləri bildirib ki, belə görüşlərin davamlı olaraq keçirilməsi, həmçinin qarşılıqlı əməkdaşlığın artırılması böyük əhəmiyyət kəsb edə bilər.




Tarix: 2021-08-20 17:23:48 Oxunub: 6643 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR