Polis Beyləqanda növbəti "patı" əməliyyatını keçirib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.

Newspress.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 7 büküm "patı" adlanan narkotik maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.




Tarix: 2021-08-16 10:13:46 Oxunub: 474 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR