Karatenin brilliantı finalda da italiyana məğlub oldu

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.

Newspress.az xəbər verir ki, bu mükafata 5 qat dünya, 11 qat Avropa çempionu olan karateçimiz Rafael Ağayev layiq görülüb.Bu, Azərbaycan yığmasının Tokio-2020-də dördüncü medalı olub. Rafaelə qədər yalnız bürünc mükafatlar əldə edən millimiz ən yüksək əyarlı medalını rəsmiləşdirib. Onadək millimizin heyətində cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə bu gün finala yüksəlməlkə özü üçün ən azı ikinci yeri təmin edib.




Tarix: 2021-08-06 16:58:37 Oxunub: 7675 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR