Rafael Ağayev finala vəsiqə qazandı - Rəqib Luici Busa olacaq

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Newspress.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

Ağayevin həlledici qarşılaşmadakı rəqibi italiyalı Luici Busa olacaq.




Tarix: 2021-08-06 16:43:32 Oxunub: 9957 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR