“Şahdəniz”dən əldə olunan gəlirlər kəskin azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 70 mln. 978 min ABŞ dolları təşkil edib ki (iyul ayında daxilolmalar olmayıb – red.), bu da illik müqayisədə 3 dəfə azdır.

Newspress.az xəbər verir ki,  hesabat dövründə “Şahdəniz” yatağı üzrə daxilolmaların 57 mln. 131 min dolları kondensatın payına düşüb (2,6 dəfə azalma)

Məlumata görə, ötən ilin yanvar-iyul (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 215,5 mln. dollar təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.




Tarix: 2021-08-06 16:21:10 Oxunub: 9912 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR