Yoluxma sayı mini ötüb - GÜNÜN STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Newspress.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib, aktiv xəstə sayı 10007 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10819, ötən müddət ərzində isə ümumilikdə 4094565 test aparılıb.




Tarix: 2021-08-06 16:14:41 Oxunub: 9891 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR