Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları start götürüb

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları start götürüb.

Newspress.az xəbər verir ki, Yaponiya paytaxtına üç idmançı ilə yollanan Azərbaycan karate yığması da mübarizəyə başlayıb.

Bu gün millimizin ilk təmsilçisi tatami üzərinə çıxıb. 67 kq çəki dərəcəsindəki təmsilçimiz Firdovsi Fərzəliyev uğursuzluqla üzləşib. A qrupunda yarışa start verən idmançımız 4 qarşılaşmada yalnız bir qələbə qazanaraq qrupda qalıb.

5 avqust
Kişilər, 67 kq
A qrupu

Firdovsi Olimpiadaya məğlubiyyətlə başlayıb. O, ilk görüşdə Eray Şamdana (Türkiyə) 1:7 hesabı ilə uduzub. Karateçimiz ilk qələbəsini ikinci qarşılaşmada qazanıb. O, Naoto Saqoya (Yaponiya) qalib gəlib – 1:0.

Ardınca qrupun lideri Darxan Assadılova (Qazaxıstan) 2:6 hesabı ilə uduzan təmsilçimiz yarımfinal şansını çətinə salıb. Fərzəliyev autsayder Əli Əlsavi (Misir) ilə görüşdə də 0:1 hesabı uduzaraq qrupda 5-ci yeri tutub.

Qeyd edək ki, karate millimizi Tokioda Rafael Ağayevlə İrina Zaretska da təmsil edəcək.

 




Tarix: 2021-08-05 10:31:27 Oxunub: 7647 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR