Deputat Qurban bayramı münasibəti ilə Şəkidə aksiya keçirib

Deputat Vüqar İskəndərov Qurban bayramı münasibəti ilə Şəkidə aksiya keçirib. Aksiya şəhid ailələrini, Qarabağ müharibəsi əlilləri və iştirakçılarını, aztəminatlı vətəndaşları əhatə edib.

Newspress.az xəbər verir ki, askiya çərçivəsində ailələrə bayram sovqatları, qurban əti paylanılıb. Deputatın qərargahının könüllüləri tərəfindən hər bir şəhid ailəsinə baş çəkilib və millət vəkilinin bayram təbrikləri şəhid ailələrinə çatdırılıb. Onlara bildirilib ki, bütün əlamətdar günlərdə şəhid ailələrini ziyarət etmək hər kəsin bir vətəndaşlıq borcudur. 
Həmçinin Qarabağ müharibəsi əlilləri və iştirakçılarını üçün də nəzərdə tutulan sovqat onlara təqdim edilməklə yanaşı üzləşdikləri çətinliklər barədə söhbət edilib və bəzi müraciətlər qeydə alınıb. 
Iki gün davam edən Qurban bayramı çərçivəsində 100-dən artıq aztəminatlı ailəyə qurban payı təqdim olunub.

 




Tarix: 2021-07-22 18:17:19 Oxunub: 166 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR