"Neftçi" Yunanıstandan məğlubiyyətlə qayıdır

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Newspress.az  xəbər verir ki, turnirdəki təmsilçimiz "Neftçi" Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

21 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00."Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 1:0
Qol: Madi Kamara, 29
Qırmızı vərəqələr: Madi Kamara, 44 ("Olimpiakos"), Mert Çelik, 63 ("Neftçi")
Baş hakim: Joao Pinyeyru (Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.




Tarix: 2021-07-22 11:51:26 Oxunub: 811 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR