"Neftçi" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Newspress.az xəbər verir ki, Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçına çıxıb.

Paytaxt təmsilçisi “Bakcell Arena”da Tbilisi “Dinamo”sunu qəbul edib. Gürcüstan təmsilçisi ilə görüş Azərbaycan komandasının ev oyununda azarkeşlərin olması ilə diqqət çəkib. 492 günlük fasilədən sonra tamaşaçılar ölkəmizin təmsilçisinin matçında iştirak edib.

Bu, “Neftçi”nin Çempionlar Liqasında 20-ci sınağı olub. Səfərdə 2:1 hesabı ilə qalib gələn Samir Abasovun yetirmələri bu dəfə də meydanı qələbə ilə tərk edib.

Düzdür, bütün qolları ikinci hissədə vurulan matçda hesabı qonaqlar açıb. Lakin Tbilisidə qol sevinci yaşayan Emin Mahmudovla Namik Ələskərov bu dəfə də rəqib qapısına yol tapıb. Bu, bakılılara yenə eyni – 2:1 hesabı ilə, bu dəfə əzmkar qələbə qazanmaq imkanı verib.

Bununla da “ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Bakılılar bu raundda Yunanıstan çempionu “Olimpiakos”la üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunu iyulun 21-də, cavab görüşü 28-də baş tutacaq. “Neftçi” mərhələyə səfərdə başlayacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
14 iyul
21:00.
 “Neftçi” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan) - 2:1
Qollar: 
Emin Mahmudov, 58 (pen.), Namik Ələskərov, 68 - Milan Radin, 51N

Tarix: 2021-07-15 00:16:10 Oxunub: 3825 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu

REKLAMLAR