ÜST: Dünyada koronavirusa yoluxma sayında artım var

“Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.

Newspress.az xəbər verir ki,TASS-a istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı da artıb: "Keçən həftə dünyada COVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb".

ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır.

 




Tarix: 2021-07-12 21:40:04 Oxunub: 4647 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR