"Avropa Rusiya və Çində istehsal olunan vaksinləri tanımamalıdır"

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon bildirib ki, Parisin fikrincə, Avropa İttifaqı ölkələri koronavirus əleyhinə Rusiya və Çində istehsal olunan vaksinləri tanımamalıdır.

Newspress.az xəbər verir ki, dövlət katibi bunu “France 2”nin efirində bəyan edib.

O qeyd edib ki, Fransada effektivliyinə əmin olduqları vaksinlərə icazə verilməsi vacibdir.

“Hazırda Fransada və Avropada, eləcə də bir sıra digər ölkələrdə tanınanlar yalnız dörddür. Fransa bir sıra digər peyvəndlərlə, o cümlədən Rusiya və Çində istehsal olunanlarla bağlı tərəfdaşlarına deyir: “Ehtiyatlı olun, bu peyvəndlərə yox deyin”, - deyə Bon bildirib.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula von der Leyen, iyul ayında AB ölkələrinin yetkinlərin 70%-i üçün koronavirusa qarşı aşılama məqsədinə çatacağını söyləmişdi.




Tarix: 2021-07-08 14:20:12 Oxunub: 6355 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR