İsrailin yeni prezidentinin andiçmə mərasimi keçirilib

İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.

Newspress.az xəbər verir ki, yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.

Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.

O bu postda Reuven Rivlini əvəzləyib.

İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz.

Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.




Tarix: 2021-07-08 14:15:26 Oxunub: 6328 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR