"Avro-2020"-də finalın adı bəlli oldu: İtaliya - İngiltərə

Bu gün Avro-2020-nin ikinci finalçısı da bəlli olub.

Newspress.az xəbər verir ki, yarımfinalın digər matçında İngiltərə və Danimarka milliləri qarşılaşıb.Londondakı “Uembli” stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə daha bir qol vuran ingilislər 2:1 hesablı qələbə ilə finala yüksəliblər.

Beləliklə, iyulun 11-də oynanılacaq final matçında İtaliya və İngiltərə yığmaları qarşılaşacaq. "Uembli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
  
7 iyul

Avro-2020, yarımfinal

23:00. İngiltərə - Danimarka - 2:1 
Qollar: Damsqaard, 30 (0:1), Ker, 39-avtoqol (1:1), Keyn, 104 (2:1)
Baş hakim: Danni Makkeli (Niderland)
London. “Uembli” stadionu




Tarix: 2021-07-08 11:19:16 Oxunub: 5337 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR