M.Qurbanlı: "Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı pandemiya dövründə məscidlərin fəaliyyətinə münasibət bildirib.

Newspress.az xəbər verir ki, Komitə sədri deyib ki, DQİDK məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlayıb: "Ölkədə dini konfessiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir. Bütün ibadət yerlərində qəbul edilmiş qaydalara əməl edilir. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür".




Tarix: 2021-06-21 10:56:11 Oxunub: 647 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR