Zaqatalada biçilmiş taxıl sahəsində yanğın olub

Zaqatalada biçilmiş taxıl sahəsində yanğın olub.
Newspress.az xəbər verir ki, rayonun Aşağı Çardaqlar kənd inzibati ərazisində, kənd sakinlərinə məxsus taxıl sahələrində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın zamanı 9 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb. Yanğının genişlənərək bitişik biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Fakt bağlı araşdırma aparılır.




Tarix: 2021-06-20 22:57:55 Oxunub: 859 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR