Xalq artisti Ramiz Əzizbəyli vəfat edib - Mədəniyyətimizə ağır itki

Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.

Newspress.az xəbər verir ki, Azərbaycan mədəniyyətinə itki üz verib. Xalq artisti, tanınmış aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli iyunun 9-da, 73 yaşında dünyasını dəyişib.

Ramiz Əzizbəylinin 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda rejissor debütünə görə mükafata layiq görülüb. Onun 1991-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi kino tariximizdə ən baxımlı ekran əsərlərindən biridir. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun "Yalan" bədii filmi (2006) Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Ramiz Əzizbəyli Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə 2000-ci ildə respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.




Tarix: 2021-06-10 12:14:53 Oxunub: 1594 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR