İnam Kərimov: "Kənd təsərrüfatı yarmarkaları yenidən bərpa olunacaq"

Azərbaycanda ənənəvi kənd təsərrüfatı yarmarkaları yenidən bərpa olunacaq.

Newspress.az xəbər verir ki, bunu  Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin sözlərinə görə, əsas məhdudlaşdırıcı amil pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərdir. Məhdudiyyətlər daha az tətbiq edildiyi təqdirdə yarmarkalar təşkil olunacaq.

"Əlbəttə, təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə yarmarkalar, təkcə bal yarmarkası yox, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək", - nazir qeyd edib.




Tarix: 2021-06-10 11:57:24 Oxunub: 1466 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR