79 yaşlı rahibə kilsənin 835 min dollarını kazinoda xərcləyib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində 79 yaşlı rahibə kilsəyə məxsus məktəbdən 835 min dollar oğurlayaraq kazinoda xərcləyib.

Newspress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, təqaüddə olan rahibə Meri Marqaret Kriuper 28 il direktoru işlədiyi müddətdə qumar vərdişləri üçün Kaliforniya Katolik Məktəbinə edilən ödəniş və maaşlardan külli miqdarda pul mənimsəyib. O, mənimsədiyi pullardan kredit borclarını və böyük miqdarda olan kazino xərclərini ödədiyini etiraf edib.

Rahibəni 40 ilədək həbs cəzası gözləyir.




Tarix: 2021-06-10 11:51:38 Oxunub: 56 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR