Bayden Avropa ölkələrinə səfər etməyi planlaşdırır

ABŞ Prezidenti Co Baydenin bəzi Avropa Birliyi dövlətlərini rusiyalı həmkarı Vladimir Putinlə görüş planları haqda məlumatlandırmaması qəzəbə səbəb olub.

Newspress.az xəbər verir ki, bu barədə İngiltərənin “Express” qəzeti yazıb.

Mənbə Amerika liderinin tezliklə Avropa ölkələrinə səfərinə başlayacağını bildirib. Qəzet yazır ki, bəzi dövlətlərin liderləri onun səfərindən məmnun olduqlarını söyləyir, bəziləri isə bu məsələdə fərqli fikrə sahibdirlər.

Nəşr ABŞ-ın Bayden və Putin arasında keçiriləcək görüş barədə Brüsseli məlumatlandırmadığını diqqətə çatdırıb. Bundan əlavə, qəzet qeyd edib ki, ABŞ prezidenti hələ də Avropa Birliyinə səfir təyin etməyib.

İki liderin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq.




Tarix: 2021-06-10 11:36:28 Oxunub: 1309 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR