4 rayonun su təhcizatının yaxşılaşdırılması üçün sərəncəm imzalanıb

Prezident İlham Əliyev "Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Newspress.az xəbər verir ki, Sərəncama əsasən Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 (doqquz yüz on) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin

sayı, nəfər

1.

Xaçmaz

5

Aslanoba kəndi

381

Çaxmaqlı kəndi

163

Ləcət kəndi

2292

Müşkür kəndi

1877

Yeni Həyat qəsəbəsi

3903

2.

Quba

3

Dağlı kəndi

1747

Susayqışlaq kəndi

609

Vladimirovka kəndi

3419

3.

Qusar

3

Avaranqışlaq kəndi

564

Bədirqala kəndi

873

Nəcəfkəndoba kəndi

120

4.

Şabran

2

Padar kəndi

586

Sincanboyad kəndi

812

Cəmi:

13

13

17 346

 




Tarix: 2021-06-09 15:59:49 Oxunub: 1263 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR