Binəqədi rayonunda 3 minik avtomobili toqquşub - FOTO

Bakının Binəqədi rayonunda 3 minik avtomobili toqquşub.

Newspress.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobil nasaz vəziyyətdə hərəkətdə olan zaman anidən “KİA” markalı nəqliyyat vasitəsi ona çırpılıb. 

Zərbənin gücündən “Daewoo” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq “Toyoto” markalı maşına çırpılıb. Qəza zamanı ümumilikdə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.




Tarix: 2021-01-15 09:24:36 Oxunub: 104 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR