Hərbiçilərimiz Şuşada qəzaya düşüb, ölən və xəsarət alanlar var

Şuşa istiqamətində hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Newspress.az  xəbər verir ki,bu barədə  sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.




Tarix: 2021-01-14 11:56:07 Oxunub: 133 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR