Moskva məktəblərində bütün siniflər üçün dərslər bərpa olunur

Yanvarın 18-dən etibarən Moskva məktəblərində bütün siniflər üçün dərslər bərpa olunur.

Newspress.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanin müvafiq fərman imzalayıb.

“Uşaqlar evdə oturmaqdan yorulublar. Lakin məktəblilər arasında xəstəliyə yoluxma riskinin artması əvvəlki kimi çox böyükdür. Buna görə də məktəblər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər”, - deyə S. Sobyaninin bloqunda bildirilib.

Məktəblilər üçün nəqliyyat kartları bərpa edilib.

Moskva meriyası digər məhdudiyyətləri yanvarın 21-dək uzadıb.




Tarix: 2021-01-14 11:44:39 Oxunub: 92 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR