Dövlət xidməti hərbi vəzifəlilərin orduya çağırılmasına aydınlıq gətirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirib. 

Newspress.az xəbər verir ki, Dövlət Xidmətindən verilən xəbərə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”.




Tarix: 2020-09-21 10:29:31 Oxunub: 162 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR