"Qalatasaray" son çempionu məğlub etməyi bacardı

Türkiyə Superliqasında 2-ci turun oyunları davam edir.

Newspress.az xəbər verir ki, bazar günü daha dörd matç keçirilib.

Turun mərkəzi görüşü İstanbulda oynanılıb. Son çempion “Başakşəhər” doğma meydanda “Qalatasaray”la üz-üzə gəlib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qalatasaray" ardıcıl 2-ci qələbəsini qazanıb, "Başakşəhər" isə ardıcıl 2-ci dəfə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, hazırda Farih Terimin baş məşqçisi olduğu komanda 6 xalla 1-ci, "Alanyaspor" eyni xalla 2-ci, "Göztepe" 4 xalla 3-cüdür.

20 sentyabr

"Başakşəhər" - "Qalatasaray" - 0:2
Qollar: Falkao, 14-pen, Belhanda, 76

"Ərzurumspor" - "Sivasspor" - 1:2
Qol: Novikovas, 70 - Kone, 82, Qradel, 86

"Kasımpaşa" - "Rizəspor" -  2:0
Qollar: Varqa, 13, Alan, 60

"Qaziantep" - "Fatih Karagümrük" - 2:2
Qollar: Kana, 53, Andre, 59 - Zukanoviç, 26, M.Erdinc, 90+5




Tarix: 2020-09-21 10:22:29 Oxunub: 117 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR