Bacısını öldürən icra nümayəndəsinin oğlu təslim olub

Bakıda qətl törədilib.

Newspress.az xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.




Tarix: 2020-09-21 09:30:58 Oxunub: 130 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR