Yaşlı qadın intihar etdi, özünü 8-ci mərtəbədən atdı

Dünən günorta saatlarında Bakının Xətai rayonunu, Sarayevo küçəsində yaşayan 65-70 yaşlarında qadın özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit ərazidən götürülərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.

Hadisə şahidlərinin sözlərinə görə, intihar edən qadın həmin mənzildə yaşlı həyat yoldaşı ilə birgə yaşayırmış. Onun hansı səbəbdən özünü binadan atması bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.




Tarix: 2020-09-19 19:48:54 Oxunub: 95 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR