Azərbaycanlı gəncin hazırladığı oyun dünya reytinqinə yüksəlib

Azərbaycanlı gəncin hazırladığı oyun Appstore-də yüklənmələrə görə dünya reytinqinə yüksəlib.

16 yaşlı Azərbaycanlı gənc Sahib Zülfiqar IT sahəsində çox böyük istedada malikdir. O, dəfələrlə müxtəlif IT müsabiqə və yarışmalarda ilk yerlər tutmuşdur. Gənc yaşına baxmayaraq 6 mobil oyunun müəllifidir.

İlk oyunu 13 yaşında hazırlayaraq Apstore və Google Play platformalarında yerləşdirirb. Həmin oyun Appstore-də on minlərlə dəfə yüklənərək reytinqdə 8-ci olub.

Bu günlərdə isə Sahib Azərbaycanı dünyada təbliğ edən "Cirtdann" adlı yeni bir oyun təqdim edib. Oyunda milli nağıl personajımız, milli atributlarımız, yəni milli bayrağımız, milli geyimimiz, milli papaq, alov məşəli və s. yer alıb.

"Cirtdann" oyunu IOS və Android platformalarında mövcuddur və minlərlə oyunun icində Appstore-də 21-ci yerdə qərarlaşıb.

Artıq "Cirtdann" oyununun Türkiyə, Rusiya, ABŞ, İngiltərə, Hindistan və s. ölkələrdə daimi oyunçuları mövcuddur.




Tarix: 2020-08-12 15:24:35 Oxunub: 166 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR