Məşhur aparıcı ən reytinqli xəbər şousunu daha aparmayacaq

Aparıcı Murad Haşımov ARB TV-dəki fəaliyyətinə son qoyub.

Newspress.az xəbər verir ki, o, 7 ildir çalışdığı kanaldan getməsi barədə özü məlumat yayıb.

M.Haşımov bildirib ki, tezliklə yeni iş yeri barədə məlumat verəcək.

Qeyd edək ki, Murad uzun illərdir “Günə doğru” proqramında aparıcılıq edirdi. O, bir neçə ay öncə Prezident İlham Əliyevin sərəncamına əsasən uğurlu fəaliyyətində görə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.




Tarix: 2020-08-10 22:05:59 Oxunub: 135 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR