Livan hökuməti tam tərkibdə istefa verdiyini bəyan edib

Livanın baş naziri Həsən Diyab keçirdiyi mətbuat konfransında hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.

Newspress.az xəbər verir ki, o, yaxın saatlarda hökumətin istefasını təqdim etmək üçün Livan prezidenti Mişel Aunla görüşəcək. 

İqtidara gəldiyi yanvar ayından etibarən daxili ixtilaf və qarşıdurmalardan qurtula bilməyən hazırkı hökumətin beş üzvü ötən həftə və bu gün istefa vermişdi. O cümlədən çərşənbə axşamı Beyrut limanında baş verən və azı 200 nəfərdən çox adamın ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan güclü partlayışdan sonra ədliyyə naziri Mar-Clod Nəcm, ətraf mühit naziri Demianos Qəttər, informasiya naziri Mənəl Əbdül Səməd, maliyyə naziri Ğazi Vəzni, partlayışdan bir gün əvvəl də xarici işlər naziri Nəsif Hitti istefa veriblər.




Tarix: 2020-08-10 21:33:47 Oxunub: 100 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR