DSX-nin sabiq rəis müavini ev dustaqlığına buraxılıb

Əfqan Nağıyev ev dustaqlığına buraxılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Newspress.az xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən  faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. 




Tarix: 2020-08-10 12:29:23 Oxunub: 77 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR