Xalası oğlunu bıçaqlayıb öldürən şəxs saxlanılıb

Avqustun 1-də saat 05 radələrində, Şabran rayonu, Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. 

Newspress.az xəbər verir ki, Şabran rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin xalası oğlu 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Taleh Atamoğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.




Tarix: 2020-08-01 11:36:10 Oxunub: 61 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR