Məktəblər və uşaq bağçaları açıla bilər? - RƏSMİ AÇIQLAMA

“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”. 

Newspress.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: “Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”. 




Tarix: 2020-07-31 17:45:52 Oxunub: 53 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR