Yoldan çıxan avtomobil maneəyə dəyib, ölən var

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Newspress.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 30-da saat 2 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində Soltannuxa kənd sakini İman Eyvazov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır. 




Tarix: 2020-07-30 12:00:39 Oxunub: 49 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR