Bir daha koronavirus (COVID-19) haqqında - TƏHLİL

Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər.

Bu simptomların sizdə olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir.

Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.

Yaşlı insanlar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirə bilər.

İnfeksiyanı tutmaq və simptomların özünü göstərməsi arasındakı zaman - inkubasiya dövrü 14 gün çəkə bilər. Lakin bəzi araşdırmaçılar bu dövrün 24 günədək davam edə biləcəyini qeyd edir.

Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir.

Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.

Kütləvi toplaşmaq və səyahətə məhdudiyyətlərin qoyulması da virusun yayılmağının qarşısını ala bilər.

Xatırladaq ki, 2002-ci ildə SARS virusu 774 nəfərin, 2012-ci ildə Yaxın Şərq də yayılan MERS virusu isə, 858 ölümünə səbəb olmuşdu.

COVID-19 səbəbindən isə, bu günə qədər 569,177 nəfər dünyasını dəyişib və təəssüf ki, hər gün bu rəqəmlər artmaqdadır.




Tarix: 2020-07-12 20:42:06 Oxunub: 582 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR